Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının təmsilçisi Uilyam Samnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Görüşdə tərəflər hərbi tibb sahəsində indiyədək icra olunan layihələri, eləcə də kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, təhlükəli maddələrlə bağlı insidentlərə cavab tədbirləri və təbii fəlakətlərə hazırlıq üzrə mövcud proqramları müzakirə ediblər.