Tramp Administrasiyasının İrana qarşı sərt xətt tutduğu artıq ortadadır. Ağ Ev hətta İranı terrorun əsas mənbəyi kimi təqdim edir. ABŞ-ın məlum mövqeyini İsrail də bölüşür. Bir müddət əvvəl İsrail baş naziri Netanyahu da İran xalqına müraciət etmişdi. Bundan başqa, Münhen Təhlükəsizlik Konfransında İsrailin müdafiə naziri Avidqor Liberman da anti-İran çıxışları ilə diqqət mərkəzinə gəldi. Eyni zamanda Səudiyyə Ərəbistanının baş naziri də çıxışını İranın tənqidi üzərində qurdu. Qardaş ölkə olan Türkiyə də Yaxın Şərqdə İranın apardığı siyasətdən narazıdır və bunu hər an ifadə edir. Prezident Ərdoğan İranın Yaxın Şərqdə məzhəb siyasəti apardığını bildirib. Xarici işlər naziri Mövlüd Çavuşoğlu da İranın siyasətini tənqid edib. Belə görünür ki, artıq bölgədə anti-İran ab-havası yaranıb və bu ölkəyə qarşı maraqlı dövlətlərin qeyri-rəsmi koalisiyasının əsası qoyulur.
Siyasi analitik Rüstəm Məmmədov bir neçə gün əvvəl bildirmişdi ki, İrana qarşı hətta hərbi müdaxilə də ola bilər. Onun sözlərindən belə anlaşılırdı ki, Tramp komandası İranla bağlı bütün variantları müzakirə edir və bu variantlardan biri də İrana qarşı hərbi hərəkat ola bilər.
Yeri gəlmişkən, Münhen Təhlükəsizlik Konfransında iştirak edən İranın xarici işlər naziri Cavad Zərif bəyan edib ki, İran nüvə proqramını davam etdirəcək və bunu ancaq sülh məqsədilə edir. Nazir hesab edib ki, İranın hədəfə alınması qəbuledilməzdir.
Analitik Elçin Şıxlı isə Teleqraf.com-a açıqlamasıda bildirdi ki, prezident Trampın siyasəti və hərəkətləri Obamanın addımlarından fərqlənəcək: “Obama İranla yaxınlaşmağa meyl etdi və nəticədə öz aləmində Tehranı xeyli dərəcədə neytrallaşdırdı. Obama oturduğu yerdə iki-üç rəqiblə dava etmədi, Rusiyaya qarşı sanksiya tətbiq edən kimi İranla yumşalmaya getdi. Məqsəd isə Tehran-Moskva birliyini əngəlləmək idi. Çünki tarixən İran-Rusiya arasında müttəfiqlik olub və onların maraqları üst-üstə düşüb. O ayrı mövzudur ki, bu maraqlar Azərbaycanın xeyrinə olmayıb. Ancaq indi bölgədəki ümumi siyasətdə dəyişikliklər baş verir”.
Müsahibimiz qeyd etdi ki, Donald Tramp hakimiyyətə gələn kimi İrana bir neçə dəfə xəbərdarlıq edib: “Tramp bəyan etdi ki, İran bir nömrəli düşməndir, ballistik raketlərin testini keçirə bilməz, Tehrana qarşı sanksiyalar gücləndiriləcək. Üstəlik İranın özü də Suriya məsələsində Türkiyənin təbii rəqibdir. Tramp İranı düşmən elan edirsə, şübhəsiz ki, Türkiyəni öz tərəfinə çəkməlidir. Bu baxımdan ABŞ-Türkiyə münasibətlərində irəliləyiş ola bilər”.
Elçin Şıxlı hesab edir ki, Tramp sanki Rusiyanı öz tərəfinə çəkməklə Moskvanın Tehranı dəstəkləmək siyasətinin qarşısını almaq düşüncəsindədir: “Trampın Rusiyanı öz tərəfinə çəkmək istəyi mümkün deyil. Çünki Rusiya hansısa tərəfə çəkilən deyil, bu dövlətin özünün siyasəti var. Sadəcə olaraq, münasibətlərdə istiləşmə ola bilər. Nə qədər istiləşmənin ola biləcəyi də indi bəlli deyil. Putin-Tramp müzakirələri olub, yeni bir proses ortaya çıxmayıb, əksinə son dövrlər münasibətlərdə kəskinlik üzə çıxır. Üstəlik Rusiya üzərindən sanksiyaların götürülməsi mümkün görünmür. Bu sanksiyaları aradan qaldırmaq üçün müəyyən proseduralar baş verməlidir. Amerika prezidenti isə dövlət daxilində mütləq hakim deyil. Prezident hansısa siyasəti yürütmək üçün Konqresdə, Senatda, hətta ədliyyə sistemində bunu əsaslandırmalıdır. Hesab edirəm ki, İran ətrafında münasibətlərin kəskinləşməsinin Azərbaycana müsbət təsiri olmayacaq. ABŞ İranı tam ram etmək istəyirsə, Azərbaycan amilinə güclü diqqət etsin. Ancaq bu reallıqdan uzaqdır və ABŞ-da bu amilə fikir verən yoxdur. Onların baxış açısından İran sadəcə olaraq, islam terrorunun birinci mənbəyidir”.
Cavad