Bu gün Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının XI konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransda YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, 1993-cü il fevralın 13-də təsis konfransı keçirən Xətai rayon təşkilatı həmin dövrdə 25 ərazi üzrə ilk partiya təşkilatında 500 nəfər YAP üzvünü birləşdirirdi. Hazırda YAP Xətai rayon təşkilatı öz ətrafında 143 ərazi ilk partiya təşkilatını birləşdirir və rayon təşkilatının üzvlərinin sayı 16062 nəfərdir.
Daha sonra konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvlərindən Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov və “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edib.
Konfransda təşkilati məsələlərə də baxılıb. Yeni tərkibdə rayon təşkilatının şura və İdarə Heyəti seçilib. H.Mirələmov yenidən YAP Xətai rayon təşkilatının sədri seçilib.
Səxavət