5 May 2017 15:33
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya II Dünya müharibəsi zamanı faşist Almaniyasının Ukraynada törətdiyi qətliamlarla bağlı yeni arxiv sənədlərini açıqlayıb. Sənədlər minlərlə ukraynalının işgəncə və qəddarlıqla öldürülməsi barədədir.

Teleqraf.com xəbər verir ki, arxiv sənədləri Rusiya Müdafiə Nazirliyi, habelə Rusiya Mərkəzi Arxiv Fonduna məxsusdur.

Sənədlərdə II Dünya müharibəsi zamanı SSRİ-nin Üçüncü Ukrayna Cəbhəsinin komandanı, general Mixail Rudakovun Qırmızı Ordunun Siyasi İdarəsinin rəisi, general Aleksandr Şerbakova 1944-cü il aprelin 3-də göndərdiyi hesabatdan bəhs olunur. Bu günə qədər açıqlanmayan hesabata görə, Xerson vilayətində on minlərlə vətəndaş işgəncəyə məruz qalıb və öldürülüb.

Nasist Almaniyasının silahlı qüvvələrinin yüksək komandanlığının 15 iyun 1944-cü il tarixli gizli direktivində Xersonda şahidlər olmadan və fotolar çəkilmədən insanların öldürülməsinə göstəriş verilir.

İşgəncə və kütləvi qətlləri ortaya çıxaran sənədlərdə hadisənin Xersonun 7 kilometrliyində törədildiyi qeyd edilir. Burada qazıntılar zaman qeyd edilən fakt təsdiqini tapıb.

Rusiya Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada qeyd olunur ki, bu sənədlər ölkədə və xaricdə siyasi güclərin II Dünya müharibəsinin tarixini yenidən yazmaq cəhdlərinə qarşı xüsusi əhəmiyyət kəsb edir.

Xatırladaq ki, SSRİ-dən qalma arxiv məlumatlarına əsasən, II Dünya müharibəsi zamanı Ukraynada 6,5 milyondan çox insan öldürülüb.

Cavad


Müəllif:

Oxşar xəbərlər