11 May 2017 14:36
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 May Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 7 sayli ozülündə heç bir quyu fontan vurmayıb, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu sözləri Teleqraf.com-a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, 7 saylı özüldə açıq fontan baş verməyib: “Özüldə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma olub, nəticədə qaz təzahürü əmələ gəlib. Quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altındadır”.

Nizaməddin Quliyev neftçilərin təxliyə olunmasına da münasibət bildirib: “Neftçilər SOCAR rəhbərliyinin müəssisə və təşkilatlara 8 may tarixli telefonaqramına əsasən təxliyə ediliblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, hava şəraitinin dəyişəcəyini nəzərə alaraq dəniz obyektlərində təhlükəli işlərin görülməsi dayandırılıb. Bundan əlavə, dəniz özüllərindən hava gözlənilən şəraitində zəruri sayılmayan əməkdaşlar çıxarılıb və növbətçiliyin təşkili təmin olunub”.

Qeyd edək ki, 28 May Neft və Qazçıxrama İdarəsinin 7 sayli ozülündə quyunun açıq fontana keçməsi və işçilərin evakuasiya olunması barədə xəbəri “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı" İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər