18 May 2017 11:51
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinin admiralı Robert Qilbo həbs olunub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ona qarşı 34 milyon dollarlıq korrupsiya ittihamı irəli sürülüb.

Məlumata görə, admiral malaziyalı podratçı Leonard Qlenn Frensisdən rüşvət alıb:

"Qilbo Frensisi əldə etdiyi gizli məlumatlarla şantaj edib. O, bu məlumatları Frensisə baş çəkən fahişələrdən əldə edirmiş. Gizli məlumatlarda Frensisin Asiyada iri müdafiə sifarişləri ilə məşğul olduğu bildirilir".

İlk vaxtlar Qilbo bu ittihamları əsassız adlandırsa da, sonradan etiraf etməyə məcbur olub. Məhkəmə onu 18 ay müddətinə azadlıqdan məhrum edib.

İstintaq prosesində 200 nəfərin adları çəkilib ki, bunlardan 30-u ABŞ HHQ-nin admiralıdır. 200 nəfərdən 10-u günahını etiraf edib.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər