Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, 5 gündür itkin düşən Kayseri sakininin sevgilisi və sevgilisinin iş yoldaşı tərəfindən öldürüldüyü, cəsədinin mişarla 8 hissəyə bölündüyü məlum olub.
Bəlli olub ki, B.O 5 gündür ki, itkin düşüb. Valideynləri bundan narahat olaraq dərhal polisə məlumat verib. Bütün axtarışlara baxmayaraq B, O-nu tapmaq mümkün olmayıb. Bu səbəbdən də, rayon polis idarəsi özündən yüksək struktura müraciət edib, nəticədə cinayət işləri ilə məşğul olan peşəkar qrupda işlə məşğul olub. Qrup ilk olaraq yoxa çıxan şəxsin valideynləri, daha sonra isə onunsevgilisi olduğunu müəyyən edib. Sevgilinin evində araşdırma aparan qrup burada qan izləri aşkar edib. Bu fakt ortaya çıxdıqdan sonra gəncin sevgilisi və sevgilisinin aşnası polis nəzarətinə alınıb.
Qatil G.B ifadəsində bildirib ki, B.O ilə sevgili olub və özü istəyi olmadan cinsi əlaqəyə girib. O, deyib ki, iş yoldaşı ilə öncədən cinayətin necə həyata keçirilməsini müəyyən edib. Bundan sonra B.O-nu evinə dəvət edib, burada isə onu öldürüblər, daha sonra cəsədi mişarla 8 yerə bölüblər.
Cavad