28 May 2017 11:04
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Şəmkirdə yaşayış evində partlayış olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini 1977-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret çəkib və bu zaman partlayış baş verib. Hadisə zamanı A. Həsənov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com