30 May 2017 21:04
1 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:25

Ötən gün Tbilisidə saxlanılan jurnalist Əfqan Muxtarlı Azərbaycana gətirilib.

Bu barədə vəkil Nemət Kərimli bildirib ki, onu Dövlət Sərhəd Xidmətinə gətiriblər. Vəkilin sözlərinə görə, Ə. Muxtarlı sabah məhkəmə qarşısına çıxarılacaq.

Onun hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.

***

Vəkil Elçin Sadıqov Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilən jurnalist Əfqan Muxtarlı ilə görüşüb.

APA-nın məlumatına görə, bu barədə vəkil özü jurnalistlərə bildirib. Vəkil deyib ki, Ə. Muxtarlıya qarşı CM-nin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə) və 206-cı (Qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Elçin Sadıqov bildirib ki, Ə. Muxtarlı Gürcüstanda saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər