Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp liderləri onunla birbaşa mobil telefon vasitəsilə əlaqə saxlamağa çağırıb.
Bu çağırış diplomatik protokolu, təhlükəsizliyi və ABŞ Baş Qərargahını təşvişə salıb.
Məlumatlara görə, Tramp artıq bu formada Kanada Baş naziri Castin Trudeau ilə telefon əlaqəsi saxlayıb.
Bundan başqa, Tramp Fransanın yeni seçilmiş prezidenti Emmanuel Markona şəxsi nömrəsini verib.
Ağ Ev isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.