31 İyul 2017 21:11
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatına əsasən, Şəmkir rayonunun Bayramlı kənd yolunun kənarına baxış keçiriblər.

ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, baxış zamanı bir ədəd F-1 əl qumbarası aşkar edilərək götürülüb.

Agentlik tərəfindən yanvarın 1–dən iyulun 31-dək 5850 partlamamış hərbi sursat, tank əleyhinə 194 mina və piyada əleyhinə 31 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 694 min 877 kvadratmetr ərazi yoxlanılıb.


Müəllif: Teleqraf.com