6 Avqust 2017 18:55
1 091
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada özünə “Quru ölüm” adını qoyan cinayətkar şəbəkə çəkiləcək bir kinoda rol alacağını söyləyərək ölkəyə gətirdikləri ingilis modeli qaçırıb.

Teleqraf.com dünya mediasına istinadla xəbər verir ki, cinayətkar şəbəkə ingilis modeliin çılpaq fotolarını çəkib internet şəbəkələrdə yayıblar. Qadının bir uşaq anası olduğunu öyrəndikdən sonra onu sərbəst buraxıblar.

Hadisə Milan şəhərində baş verib. 20 yaşlı model aldadılaraq bura gətirilib, daha sonra qaçırılıb. Gənc modeli çantaya qoyaraq qaçırıblar. İngilis model iyulun 11-də Milana gəlib. Onu avtomobilin baqajına qoyaraq şəbəkə öz ofisinə aparıb. Əvvəl modeli bir iş yerinə, daha sonra sahibsiz fermaya aparıblar. 6 gün ərzində əlləri qandallı qalan xanmın ürəyi gedib. Bu zaman onu soyunduraraq çılpaq fotosunu çəkiblər. Sonradan fotolar internetdə gizli pornoqrafik saytlara yüklənib. Bəlli olub ki, “Quru ölüm” şəbəkəsinin üzvləri əvvəlcə qadından 300 min dollar istəyib, əks halda fotoları yayacaqlarını bildiriblər.

Şəbəkənin bir üzvü qadının bir uşağı olduğunu öyrəndikdən sonra bu addımın anlayışlarına zidd olduğunu söyləyərək modeli sərbəst buraxıb.

İtaliyan polisi artıq Lukasız Herba adlı 30 yaşlı Polşa vətəndaşını hadisəyə görə həbs edib. Polis qadının saxlanıldığı evdə axtarış apararaq çoxlu sayda dəlil tapıb.


Müəllif: Cavad

Oxşar xəbərlər