Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, norveçli turist mühafizəçi tərəfindən qeyri-adi üsulnan ram edilib.
Sərxoş halda kafeyə daxil olaraq digər müştərilərə narahatlıq yaşadan turist mühafizəçi ilə qarşılaşır. Mühafizəçi öncə nəzakətli şəkildə ondan kafeni tərk etməsini xahiş etsə də, əcnəbi ona lağ edib. Turistin bu hərəkəti ona baha başa gəlir. O, gözünü açanda özünü yerə sərilmiş halda görür. Kafenin və müştərilərin təhlükəsizliyinə cavabdeh olan şəxs bir dirsək zərbəsilə sərxoş turisti “öznə gətirir”.
Hadisədən bir gün sonra İsak Strid adlı norveçli gənc şelfi çəkərək feysbuk səhifəsində paylaşım edib. “Gecə narkotikin təsiri altda idim. Üzr istəyirəm”, deyə o, qeyd edib.