Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq edilməsi ilə bağlı əməliyyat tədbirləri görülür.
Nərimanov rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, idarənin istintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.
Bildirilib ki, oğurluq edən şəxs və ya şəxslərin tutulması, hələ ki, mümkün olmayıb. Hazırda cinayəti törədən şəxs və ya şəxslərin kimliyini müəyyən edilərək həbs olunması üçün əməliyyat tədbirləri görülür.