Gəncədə doğuşdan sonra körpə ölümü baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Gəncədəki xəstəxanalardan birinin Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb.
Məlumata görə, bu, A. Babayevanın ilk övladı olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.