Türkiyənin Millətçi Hərəkat Partiyasında istefalalar zəlzələsi davam edir.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Çanaqqalanın Lapseki və Gökçeada MHP təşkilatları da istefa prosesinə qatılıb. MHP-dən olan sabiq bələdiyyə başqanlarının da olduğu 216 nəfər istefa verərək Meral Akşenerin liderliyində yeni qurulacaq partiyaya keçid ediblər.
İstefa verənlər bildiriblər ki, MHP-də edəcək bir şey qalmadığı kimi MHP-nin də edəcəyi bir şey qalmayıb.