28 Avqust 2017 16:33
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan jurnalist Lour Bureaunu həbsdən buraxmağı xahiş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yelisey Sarayı açıqlama yayıb. Məlumatda qeyd edilir ki, avqustun 28-də Fransa və Türkiyə dövlət başçıları arasında telefon danışığı baş tutub.

Prezidentlər Suriya, İraq və Körfəzdə baş verən prosesləri müzakirə ediblər.

Makron Ərdoğandan Lour Bureaunun azad edilməsini istəyib. Tərəflər bu məsələni xarici işlər nazirləri səviyyəsində müzakirə edərək müsbət nəticə əldə edilməsini razılaşdırıblar.

Qeyd edək ki, jurnalist Lour Bureaun Türkiyə-İraq sərhədində Habur buraxılış məntəqsindən keçərkən saxlanılıb. O, Şırnakda həbs edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər