Meksikada baş vermiş 7,1 bal gücündə zəlzələdən sonra Puebla ştatında çökmüş kilsənin dağıntıları arasında sıxışmış azyaşlının xilas olunması zamanı faciə yaşanıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, kilsənin qalan hissəsinin çökmısi nəticəsində 11 nəfər həlak olub, 3 nəfər yaralanıb. Ölənlərdən 4-ü azyaşlıdır.
Xilası üçün işlər aparılan uşaq da həlak olub.
Qeyd edək ki, zəlzələ nəticəsində Meksikada ümumilikdə 250 nəfər həlak olmuşdu.