22 Sentyabr 2017 12:42
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Qum şəhərində iki mərtəbəli oteldə partlayış olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində ən azı 5 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Partlayışa səbəb qaz balonu olub. Hadisə zamanı otel yararsız vəziyyətə düşüb.

Partlayışda ölən və ya xəsarət alanların əksəriyyətinin iraqlı zəvvarlar olduğu qeyd edilib. Hadisənin səbəbləri araşdırılır.


Müəllif: Samir