26 Sentyabr 2017 19:48
750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük ikinci almazı "Lesedi La Rona", 53 milyon dollara satılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tennis topu böyüklüyündə olan 1109 karat almazın yeni sahibi Böyük Britaniya zərgərlik şirkəti “Graff Diamonds” olub.

Almaz ötən il Böyük Britaniyanın paytaxtı Londonda hərraca çıxarılmış və açılış qiyməti olan 70 milyon dollara alan olmamışdı.

Qeyd edək ki, təxminən 3 milyard il keçmişə sahib olan almaz 2015-ci il noyabrında Kanadanın Lucara Diamond şirkətinin Botsvanadakı mədənində tapılmışdı.


Müəllif: Samir

Oxşar xəbərlər