Belçikada 27 yaşlı ana 2 yaşlı qızını işgəncə ilə öldürüb.
Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, o, qızını diri-diri tavada bişirib.
Uşağn qışqırıq səsi və tüstünü görən qonşular polisə xəbər veriblər. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qadının azyaşlıdan “qril” hazırladığını görüblər. Qatil ana deyib ki, onların ikisi də cənnətə düşmək üçün yanmalıdırlar.
Araşdırma zamanı məlum olub ki, qadın psixi xəstəymiş. Qonşuların dediyinə görə, o, ərindən boşandığı üçün uzun və ağır depressiya yaşayıb.
Hazırda istintaq qrupu uşağın qril aparatına qoyulan zaman sağ, yaxud ölü olduğunu təyin etməyə çalışır. Lakin uşağın bədəninin bütün hissələri yandığı üçün bunu təyin etmək çox çətindir.