İraq ordusu Kərkükün Havicə bölgəsinin İŞİD terrorçularından təmizlənməsi üçün ikinci əməliyyata başlayıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İraqın Baş naziri Heydər əl-İbadi deyib.
İbadi əlavə edib ki, yaxın günlərdə İŞİD-in İraqdakı bütün qüvvələri məhv ediləcək.
Qeyd edək ki, əməliyyatın birinci hissəsi sentyabrın 21-də başlamışdı.