Əfqanıstanın paytaxtı Kabildəki şiə məscidi yaxınlığında intihar hücumu həyata keçirilib.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerli xəstəxanadan hadisə nəticəsində 6 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilib.
Polis məmuru Abdul Rəhmanın verdiyi açıqlamaya görə, terror aktı şəhər sakinləri Hüseyn məscidində cümə namazından evə dönərkən baş verib.
Teror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.