Bu gün səhər saatlarında Bakının Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxımış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlu geri qayıtmayıblar.
Teleqraf.com Föqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, onların olduğu qayıq çevrilmiş vəziyyətdə dənizdə aşkarlanaraq sahilə çıxarılıb.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi tərəfindən Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xəzər Hövzə Qəza-xilasetmə Xidməti və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.