Yunanıstanda aramsız yağışlardan yaranan sel fəlakəti paytaxt Afina yaxınlığında ən azı 16 nəfərin ölümünə səbəb olub.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Afinanın 27 kilometr qərbindəki Mandra, Nea Peramos, Magara əraziəri fəlakətdən ən çox zərər çəkən yerlər olub.
Ölənlərin çoxunun evlərindən çıxa bilməyən yaşlılar olduğu bildirilib.
Baş nazir Alexis Çpras və digər hökumət üzvləri fəlakətdən zərər çəkən bölgələri ziyar
ət ediblər.
Qeyd edək ki, leysan yağışlar Yunanıstanın bəzi regionlarında son bir həftədir davam edir.