Sabirabad rayonunun Nərimankənd kəndində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayon sakini Məmməd Qarayevə məxsus evdə yanğın baş verib.
Nəticədə 30 kvarta metr sahədə döşəmə və tavan yanıb. Yanğın söndürüldükdən sonra Məmməd Qarayevin arvadı Kubra Qarayevanın tüstüdən boğulmuş meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.