ABŞ-ın Rusiyadakı səfirliyi dekabrın 11-dən etibarən Rusiya regionlarında viza verilişini bərpa edəcək.
Teleqraf.com Ren TV-yə istinadla xəbər verir ki, bununla bağlı ABŞ-ın bu ölkədəki səfirliyi məlumat yayıb.
Səfirlikdən bildirilib ki, vizalar ABŞ-ın Sankt-Peterburq, Yekaterinburq və Vladivostokdakı konsulluqlarından veriləcək.
Qeyd edək ki, Vaşinqton avqustun 23-dən bəri Rusiya vətəndaşlarına qeyri-mühacir vizasının verilişini dayandırmışdı.