Türkiyənin Cumhuriyyət Xalq Partiyasının sabiq üzvü Ayxan Ərdəmirin ölkədəki var-dövləti müsadirə olunub, bank hesabları dondurulub.
Teleqraf.com xarici mediaya istiandla xəbər verir ki, bununla bağlı İstanbul Baş Prokurorluğu qərar qəbul edib.
Məlumatlara görə, Ərdəmir Türkiyədən ABŞ-da həbsdə olan Cənubi azərbaycanlı iş adamı Rza Zərrabın işi ilə bağlı Vaşinqtona saxta sənədlər aparmaqda ittiham edilir.