Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ torpaqlarında erməni əsgər ölüb.
Teleqraf.com “Yamanak” qəzetinə istinadla xəbər verir ki, hadisə dekabrın 11-də saat 19.30-da baş verib.
Ölən şəxs Ermənistan ordusunun əsgəri 1996-cı il təvəllüdlü Narek Adibekyan olub. O, əsgər yoldaşı tərəfindən güllələnib.
Faktla bağlı araşdırmalara başlanıb.