Rusiyanın Türkiyədə hərbi bazası inşa edilə bilər.
Teleqraf.com “Habertürk”ə istinadla xəbər verir ki, bu sözləri Rusiyanın “Rostech” müdafiə şirkətinin rəhbəri Sergey Çemezov deyib.
O bildirib ki, baza iki ölkə arasında S-400 zenit-raket kompleksinin alqı-satqısı haqqında imzalanmış saziş çərçivəsində qurula bilər.
Çemezovun sözlərinə görə, S-400-lərdən əvvəl baza məsələsi ilə bağlı danışıqlar aparılacaq:
“S-400 sistemləri 2019-cu ildən Türkiyəyə göndəriləcək. Bundan öncə isə bazanın inşası nəzərdə tutulub”.