Hondurasda helikopter qəzası baş verib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə zamanı 6 nəfər həlak olub.
Ölənlər arasında Prezidenti Xuan Orlando Ernandesin bacısı İlda Ernandes də olub.
Helikopter Fransisko-Morasan bölgəsində yerə çırpılıb.
Qəzanın dəqiq səbəbləri məlum deyil.