16:00
İranın şimal bölgəsində baş verən 5,2 bal gücündə zəlzələ zamanı 97 nəfər yaralanıb.
Teleqraf.com “Ria Novosti” agentliyinə istinadla xəbər verir ki, bununla bağlı İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, yeraltı təkanların episentri Kərəc şəhərindən 17 km cənubda, ocağı isə 7 km dərinlikdə olub.
***
İranda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Bununla bağlı İranın xilasetmə briqadasının nümayəndəsi Müctəba Xalidi məlumat verib.
Onun sözlərinə görə, 117 nəfər yaralı halda xəstəxanalara çatdırılıb.