Nigeriyada toy faciə ilə bitib.
Teleqraf.com vesti.ru-ya istinadla xəbər verir ki, gəlin daxil olmaqla 11 nəfər həlak olub.
Gəlinin rəfiqələrini daşıyan sürücünün sürət həddini aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Avtomobil şlaqbauma girib. Yerli polisin nümayəndəsinin bildirdiyinə görə, hadisə yerində 8 qadın keçinib, daha üçü isə xəstəxanada dünyasını dəyişib.
Qəza nəticəsində 4 nəfər yaralanıb.