25 Dekabr 2017 16:48
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:23

Moskvada, Mojaysk şossesində dəhşətli qəza baş verib.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, avtobus bir dəstə insanı vuraraq, yeraltı piyada keçidinə yuvarlanıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisənin təfərrüatı araşdırılır.

***

Rusiyanın paytaxtı Moskvada avtobus qəzasını törədən sürücü saxlanılıb.

Bununla bağlı Moskva polisi məlumat yayıb. Onun dindirildiyi bildirilib.

Bundan başqa, yaralıların xəstəxanalara çatdırılması üçün 2 helikopter ayrılıb.

Bu arada, hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub.

Həmin dəhşətli görüntüləri təqdim edirik:


Müəllif: Nahid