09:53
Dekabrın 16-da Türkiyənin Qocaeli bölgəsində ölən azərbaycanlı gənclə bağlı yeni məlumatlar üzə çıxıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, 27 yaşlı Seyidəli Səlimov Bakı Slavyan Universitetinin tələbəsi olub və bir müddət ARB-nin Şəki filialının əməkdaşı kimi çalışıb.
Qeyd edək ki, Səlimov Qəbzə rayonunun Dovşanlı məhəlləsindəki fabrikdə parçalama mikserinin qazanını təmizləmək istəyib.
Ehtiyatsızlıq nəticəsində Səlimov mikserin içinə düşüb və ölüb.
Faktla bağlı araşdırma aparılır.