Yeni il gecəsi Rusiyanın Suriyadakı Xmeymim aviabazasına hücumla bağlı yeni məlumatlar üzə çıxıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hücum 82 millimetrlik Vasilyok-2B9 haubitsaları vasitəsilə edilib.
Çəkisi 630 kiloqram olan silahın daşınması asandır. Dəqiqədə 120 dəfə atəş açmaq gücündədir.
Xmeymimə edilən hücum zamanı 400 mərminin tapılması hücumun 5 dəqiqə davam etdiyini deməyə əsas verib.
Bu raket Suriyada “Peyğəmbər çiçəyi” adı ilə tanınır.