Yəmən Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Taher əl-Ukaylinin avtomobili Səudiyyə Ərəbistanı ilə sərhədə yaxın ərazidə minaya düşüb.
Teleqraf.com "RİA Novosti"yə istinadla xəbər verir ki, baş qərargah rəisi Əl-Cauf əyalətinin Xabb əş-Şaaf ərazisində minanın partlaması nəticəsində yaralanıb. General-mayorla birlikdə avtomobildə olan Əl-Cauf əyalətinin qubernatoru Amin əl-Ukaymi partlayış zamanı sağ qalıb.
Əş-Şaaf ərazisində üsyançılarla hökumət qüvvələri arasında sərt döyüşlərin davam etdiyi bildirilir.