7 Yanvar 2018 20:58
2 981
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Çikaqo-Honq Konq reysi üzrə hərəkət edən təyyarə Alyaskada məcburi eniş edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb sərnişinlərdən birinin "United Airlines" şirkətinə məxsus təyyarənin hər iki tualetini və öz üstünü nəcislə bulaşdırması olub.

5 min kilometr məsafədən sonra təyyarə Alyaskada dayanmalı olub və bir gün sonra uçuşuna davam edib.
Problemli sərnişin polisə təslim olunaraq psixoloji testdən keçirilib. Psixoloji problemləri olan şəxsə qarşı təyyarəni bulaşdırdığı üçün heç bir cərimə tətbiq edilməyib. Həmin şəxsin öz köynəyini kanalizasiyaya atdığı da bildirilir. Adı açıqlanmayan şəxs qohumları tərəfindən xəstəxanaya aparılıb.


Müəllif: Kəmalə

Oxşar xəbərlər