2016-cı il dekarbın 16-da Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı daha bir nəfər saxlanılıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə polisi məlumat verib.
Saxlanılan şəxs qətli təşkil etməkdə şübhəli bilinir.
Qeyd edək ki, bir müddət öncə Karlovun qətlini sifariş verən şəxs saxlanılmışdı.