15 Yanvar 2018 15:37
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Perm bölgəsinin 127 saylı məktəbinə silahlı hücuma şahid olan azyaşlı "Mash" telekanalına hadisəni anladıb.

Teleqraf.com xəbər verir ki, o, hadisənin dərs vaxtı baş verdiyini bildirib:

"Qəfildən 2 nəfər yuxarı sinif şagirdi qara geyimdə otağa daxil oldu. Onlar bıçaqla müəllimə bir neçə dəfə zərbə vurdular. Biz kömək üçün qışqırmağa başladıq. Hücumçulardan biri müəllimi bıçaqlayırdı, digəri isə qapıda gözətçilik edirdi. Biz qaçmaq istədik. Amma qapıda duran oğlan bizi qoymadı və bıçağı biz tərəfə çevirdi. Bu zaman sinif yoldaşım yaralandı".

Məlumatlara görə, cinayətkarlar da hadisə zamanı xəsarət alıblar:

"Lev və Aleksandr adlı yeniyetmələr polis nəzarətində xəstəxanaya aparılıblar".


Müəllif: Samir

Oxşar xəbərlər