Türkiyə Silahlı Qüvvələri "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsindəki YPG terrorçularına qarşı hərbi əməliyyatları davam etdirir.
Teleqraf.com xəbər verir ki, Türkiyənin YPG-yə qarşı istifadə etdiyi qrat raketlərinin görüntüləri yayılıb.
Suriyanın Raco bölgəsindəki Ömər Uşağı kəndi və ətrafdakı strateji hündürlüklər məhz qrad raketləri ilə terrorçulardan təmizlənib.
BM-21 adı ilə tanınan raketlər hədəfi dəqiq nişan almaqda analoqu olmayan silah növlərindəndir.