Tanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə onun həmkarları sosial şəbəkədə məlumat paylaşıb. Qeyd olunur ki, N.Məlikov qəfildən özünü pis hiss edib və keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.
Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bir müddət “Gündəlik Teleqraf" holdinqə daxil olan saytlarda müxbir kimi çalışıb.
Allah rəhmət eləsin!