17 Fevral 2018 19:12
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adnan Oktarın telekanalı qaydalara əməl etməsə bağlanacaq.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Baş nazirin müavini Fikri İşıkın sözlərinə görə, internet vasitəsi ilə yayımlanan televiziyaların fəaliyyətinə Teleradio qurumu xitam verə bilər: “Qurumun peyk və internet vasitəsilə yayımlanan televiziya kanalları barədə səlahiyyətləri eynidir”.
Fikri İşıkın sözlərinə görə, Adnan Oktarın internet kanalı olan “A9” da istisna deyil: “Bu kanal Teleradio qurumunun qoyduğu qaydalara əməl etməsə, tədbirlər görüləcək”.

Qeyd edək ki, Türkiyənin Dini İşlər naziri Əli Ərbaş "A9" kanalının bağlanılması üçün Teleradio qurumuna müraciət edib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər