Türkiyədə valideynlər “Mavi balina” oyunu ilə bağlı həyəcan təbili çalırlar.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, onlar buna qarşı tədbirlər görülməsini istəyib.
Bir neçə gün öncə iki yeniyetmə bu oyunun qurbanı olub. Onlardan biri intihar edib, digəri isə özünü TIR-ın altına atılıb.
Hadisədən sonra polis hər iki yeniyetmənin kompüterini müsadirə edib.