25 Fevral 2018 13:45
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:38

Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə Afrində “Zeytun budağı” hərəkatını davam etdirir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, türk ordusu gecə saatlarında gedən döyüşlərdə daha bir şəhid verib.

TSQ Baş Qərargahından verilən məlumata görə, güllə yarası alan çavuş Qırıqxan dövlət xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Bununla da əməliyyat başlandığı gündən bu yana şəhid olan hərbçilərin sayı 33-ə çatıb, 183 əsgər isə yaralı halda Türkiyədəki xəstəxanalara çatdırılıb.

***

Aparılan şiddətli döyüşlərdə türk ordusu daha bir şəhid verib.

“Zeytun budağı” əməliyyatı çərçivəsində 24 fevral 2018 tarixində Afrində icra edilən əməliyyatlarda bir qəhrəman silah yoldaşımız çavuşu Şükrü Ünlü şəhid olub. Uca türk millətinə başsağlığı və səbr diləyirik”, - Baş Qərargahın məlumatında deyilib.


Müəllif: Samir

Oxşar xəbərlər