26 Fevral 2018 16:36
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailə tabe olan Qüds bələdiyyəsinin kilsələrlə bağlı qərarından sonra Qiyamət Kilsəsi fəaliyyətini dayandırmalı olub.

Teleqraf.com xəbər verir ki, kilsənin fəaliyyətinin dayandırması bələdiyyənin qərarından sonra baş verib. Patriklər və Qüds kilsələr rəhbərliyi Qiyamət Kilsəsinin fəaliyyətinin dayandırıldığını elan edib. Bələdiyyə Qüdsdəki kilsələrin vergi verməli olduğunu bəyan edib.

Patriklər və Qüds kilsələri rəhbərliyi bəyan edib ki, Qüds Bələdiyyəsinin məlum qərarına etiraz olaraq bu addımı atıblar.

Qüds Patriki III Zeofilos kilsələrin vergilərə cəlb edilməsinin beynəlxalq razılaşmalara əks olduğunu və bu addımın Qüdsdəki xristianların mövqelərini zəiflətmək məqsədi daşıdığını bildirib.

III Zeofilos əlavə edib ki, bu hal onlara Avropanın qaranlıq çağında yəhudilərlə bağlı qəbul edilən qanunları xatırladır.

Qiyamət Kilsəsinin açarlarını əsrlərdir özündə saxlayan iki müsəlman ailəsindən birinin rəhbəri Cudeh əl-Hüseyn də kilsələrin İsrail dövlətinə vergi ödəmək məcburiyyətində qalmasının bütün ölkələr tərəfindən qəbul edilən və 1952-ci ildən bu yana mövcud status-kvonun dəyişdirilməsi məqsədi daşıdığını deyib.


Müəllif: Cavad

Oxşar xəbərlər