Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyatı haqqında çəkilən “Dədə Sultan” filmi yayımlanmayacaq.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ərdoğan qərar qəbul edib.
Ərdoğanın vəkili Hüseyn Aydın filmi hazırlayan “Baran Mediya” şirkətinə bununla bağlı xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
“Cənab prezidentimizin həyatını və xatirələrini anlatmağı planlaşdırdığınız “Dədə Sultan” adlı filmin çəkilişində və hazırlanmasına müvəffəqiyyətli olmamısınız. Filmdəki səhvlərinizi düzəltməyinizi tələb edirik, əks tədbirdə hüquqi yollardan istifadə etməli olacağıq”.