14 Mart 2018 10:26
2 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda ölən ana xəstəxanaya gətiriləndə artıq bətnindəki körpə ölü olub.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, qadının bədənində döl neçə müddət əvvəldən ölü olub: “Ölmüş dölü dünyaya gətirəndən 10 saat sonra ananın vəziyyəti pisləşib. Ana aparata qoşulub və intensiv reanimasiya tədbirlər aparılmasına baxmayaraq onu xilas etmək mümkün olmayıb”.

Sevinc Məmmədovanın sözlərinə görə, faktla bağlı müvafiq ekspertiza təşkil olunacaq və öz rəyini verəcək: “Doğuşa yardım komissiyası tərəfindən təhlil olunandan sonra bir qərar veriləcək”.

Qeyd edək ki, Tovuzda ana və uşaq ölümü baş verib.

Ağstafaya qohumları evinə qonaq gələn Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı doğuş sancısı başladığı üçün Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Uşaq dünyaya gələn zaman ölüb. Ananın vəziyyəti isə bir müddətdən sonra pisləşib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu, Aytən Dadaşovanın ilk hamiləliyi olub.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər