Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (BFNFX) müfəttişləri Azərbaycandan Rusiya ərazisindən keçməklə Qazaxıstanın Aktobe şəhərinə 37 baş kəsimlik atın qanunsuz olaraq aparılmasının qarşısını alıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə İdarənin mətbuat xidməti məlumat yayıb.
"Azagroinvest-11” MMC-nin nümayəndələri 2 yük maşını ilə 37 kəsimlik atı qeyri-qanuni olaraq daşıyıblar. Rusiya Federasiyasının "Yaraq-Qazmalar" beynəlxalq sərhəd-buraxılış məntəqəsində yükün dövlət baytarlıq nəzarəti altında yoxlanılması zamanı müəyyən edilib ki, heyvanların daşınması BFNFX-nin Rusiya ərazisindən tranzitə icazəsi olmadan həyata keçirilib", - deyə məlumatda bildirilir.
BFNFX-nin Dağıstan Respublikası üzrə mətbuat xidməti xatırladır ki, Federal Xidmətin göstərişi ilə hazırda Azərbaycan Respublikası ərazisindən Rusiya Federasiyasına heyvan və heyvandarlıq məhsulları idxalına və tranzitinə qadağa qoyulub.
Qeyd edilir ki, "qadağan qonşu dövlətdə mövcud epizootik vəziyyətlə əlaqədar tətbiq edilib və çatdırılması təhlükəli heyvan xəstəliklərinin patogenlərinin baş qaldırması riski ilə əlaqəli olan müəyyən mallara tətbiq edilir".
Təftiş nəticəsində atlar Azərbaycana geri qaytarılıb.
\Report\