21 Mart 2018 21:30
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:59

Tufandağda 30 yaşlı gənc kanatdan yıxılaraq xəsarət alıb.

Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Elvin Xəqani oğlu İsgəndərov Qəbələ rayonunda Tufandağ istirahət kompleksində kanatdan yıxılaraq dəmir parçalarının altında qalıb.

Yaralını FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc Sumqayıta gətirilib və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Tufandağ ərazisində xəsarət alan şəxslə bağlı təfərrüatlar müəyyənləşib.

Məlumatına görə, istirahət kompleksinin ərazisində yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alan Elvin İsgəndərov Fövqəladə Hallar Nazirliyinin əməkdaşıdır və həmin vaxt Tufandağ ərazisində axtarış əməliyyat tədbirləri həyata keçirərkən zədə alıb.

Çiyin və qol nahiyələrindən müxtəlif dərəcəli xəsarət alan şəxs artıq ambulator müayinəyə buraxılıb. /Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər